AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanik alimlərin məqaləsi “Web of Science” bazasına daxil olan jurnalda çap edilib
Mart 15, 2021 | 05:20 / Yeni nəşrlər
Oxunub 208 dəfə

AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, doktorant Aidə İbrahimova, İsveç və ABŞ alimləri - Henrik Sjöman, Philip Douglas, Anna Levinsson, Tobias Emilsson və Björn Viströminin həmmüəllifi olduğu “Alnus subcordata növünün quraqlıq və sel dözümlülüyü kimi ətraf mühitləri üçün qiymətləndirilməsi” (“Evaluation of Alnus subcordata for urban environments through assessment of drought and flooding tolerance”) adlı məqalə “Dendrobiology” jurnalında işıq üzü görüb.

Məqalə AMEA-nın Botanika İnstitutu və ABŞ-ın Bitki Toplanılması Əməkdaşlığı arasında bağlanmış Memorandum çərçivəsində Azərbaycanın yabanı florasının öyrənilməsi üzrə aparılan müasir tədqiqatların nəticələrinə həsr edilib.

Əldə olunan nəticələr göstərir ki, dəyişən iqlim şəraitində ekosistemlərin bərpası, sel və kəskin quraqlıq kimi mənfi amillərə dözümlülük xüsusiyyətlərinin tədqiqi üçün ağac növlərinin düzgün seçilməsi və introduksiyası vacib şərtlərdən biridir. Məqalədə Azərbaycanın cənub hissəsində, Hirkan meşələrində yayılan ürəkyarpaqlı qızılağac (Alnus subcordata C.A. Mey) nadir ağac növünün bu kimi mühitlərdə dözümlülük qabiliyyəti tədqiq edilib və qiymətləndirilib.

Qeyd edək ki, “Dendrobiology” jurnalı “Web of Science” beynəlxalq bazasında indekslənir və impakt faktoru 1.375-dir.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015