AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Beynəlxalq tədbirdə Azərbaycanda meliorasiya olunmuş torpaqlarda suvarmanın su-duz rejiminə təsirindən danışılıb
Mart 15, 2021 | 12:00 / Mühüm hadisələr
Oxunub 1021 dəfə

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, a.e.d. Mustafa Mustafayev görkəmli qazax alimi, professor L.E.Tajibayevin anadan olmasının 105 illiyinə həsr edilən “Qloballaşma kontekstində su ehtiyatlarının idarə olunması” mövzusunda onlayn beynəlxalq elmi-praktiki kofransda iştirak edib.

Qazaxıstan Milli Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Orta Asiyada su ehtiyatlarının idarə edilməsinin səmərəliyinin artırılması üçün təkliflərin hazırlanması, regional ekoloji problemlərin həllinə dair birgə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və s. mövzularda müzakirələr aparılıb, müvafiq qərar qəbul edilib.

Mustafa Mustafayev konfransın plenar iclasında “Azərbaycanda meliorasiya olunmuş torpaqlarda suvarmanın su-duz rejiminə təsiri” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015