AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Aqrar sektorun dayanıqlı inkişafına dair onlayn müşavirə keçirilib
Mart 09, 2021 | 06:10 / Konfranslar, iclaslar
Oxunub 774 dəfə

AR Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin məsul şəxslərinin, elmi tədqiqat institutlarının rəhbər heyətinin, şöbə və laboratoriya müdirlərinin, alim və mütəxəssislərinin iştirakı ilə keçirilən onlayn müşavirə “Aqrar sektorun dayanıqlı inkişafı üçün elmin koordinasiyalı idarə olunması” mövzusuna həsr edilib.

Tədbiri açan AEİM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərman Kərimov iştirakçılara təmsil etdiyi qurumun strukturu və mövcud tədbirin məqsədləri barədə məlumat verib, Azərbaycanda aqrar tədqiqatların prioritet istiqamətləri barədə danışıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova müşavirənin keçirilməsi ilə bağlı təşəbbüs göstərdiyinə görə AEİM-in rəhbərliyinə minnətdarlığını bildirib. O, AR Kənd təsərrüfatı naziri İnam Kərimovun AMEA-dakı görüşünün və AMEA ilə KTN arasında bağlanmış “Niyyət Sazişi”nin əhəmiyyətindən və ondan irəli gələn həlli vacib məsələlərdən danışıb. Daha sonra müvafiq elmi tədqiqat müəssisələrinin apardıqları birgə fəaliyyətlərə diqqət çəkən natiq, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasının aqrar tədqiqatların koordinasiyasının təşkilindən çox dərəcədə asılı olduğunu vurğulayıb. Akademik İradə Hüseynova Kənd Təsərrüfatı Nazirliyi ilə uzun müzakirələrdən sonra artıq hər iki qurumun institutları tərəfindən birgə icra olunmaq üçün 27 layihənin, onlardan 4-nün isə ilk olaraq maliyyələşdirilmək üçün seçildiyini qeyd edib. O, həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra birgə tədqiqatlar üçün prioritetlərə yenidən baxılması mümkündür.

Müzakirələrdə akademiya tərəfindən AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov və Pənah Muradov, biologiya elmləri doktorları Eldar NovruzovRamiz ƏliyevSəyyarə İbadullayeva, aqrar elmlər doktoru Mustafa Mustafayev, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədov və başqaları, KTN tərəfindən isə AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadə, AEİM-in Elmin təşkili və koordinasiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Cavanşir Təlai, Baytarlıq ETİ-nin direktoru, baytarlıq üzrə fəlsəfə doktoru Sialə Rüstəmova, Əkinçilik ETİ-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev və digər məsul şəxslər çıxış edərək institutlar arasında bağlanmış müqavilələr, müştərək layihələr üzrə birgə tədqiqatların aparılması, bu cür tədqiqatlar üçün başlıca prioritetlər, koordinasiya işinin gücləndirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Müşavirənin bəzi iştirakçıları yeni ortaq layihələrin hazırlanmasını və birgə əlaqələndirilməsini, maliyyələşmə mənbələrinin axtarılmasını yaxşılaşdırmaq üçün daimi fəaliyyət göstərən İşçi qrupunun yaradılması təklif edilib.

Tədbirə yekun vuran akademik İradə Hüseynova ikitərəfli və çoxtərəfli müzakirələrin davamının vacibliyini bildirib, AMEA-nın elmi potensialından istifadə edərək birgə elmi tədqiqatların aparılması ilə aqrar sahənin inkişafına dəyərli töhfələr veriləcəyinə inamını ifadə edib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015