AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Dendrologiya İnstitutunun qadın əməkdaşları təltif olunublar
Mart 08, 2021 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 755 dəfə

AMEA-nın Dendrologiya İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. 

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov açaraq rəhbərlik etdiyi müəssisənin qadın əməkdaşlarını, eləcə də onların timsalında bütün Azərbaycan xanımlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara cansağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra çıxış edən müəssisənin Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva Azərbaycan qadınlarının tarixi xidmətlərindən, onların cəmiyyətdəki rolundan və nüfuzundan bəhs edib. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qadınlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar.

Sonda institutun elmi və ictimai həyatında fəal iştirak edən bir qrup qadına Fəxri fərmanlar təqdim olunub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015