AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Mart 05, 2021 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 765 dəfə

AMEA-nın Botanika İnstitutnda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müəssisənin Elmi şurasının və Qadınlar Şurasının birgə onlayn iclası keçirilib. 

Tədbiri institutun direktoru, akademik Validə Əlizadə açaraq müəssisənin xanım əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. V.Əlizadə qadınların cəmiyyətdəki rolundan danışaraq qeyd edib ki, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.

Tədbirdə professor Səyyarə İbadullayeva, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Xuraman Xəlilova, b.ü.f.d. Pərvanə Qaraxani, b.ü.f.d. Rəşad Səlimov, institutun ümumi işlər üzrə direktor müavini İmran Babayev, həmçinin Mərkəzi Nəbatat Bağının direktoru, b.e.d. Vahid Fərzəliyev çıxış edərək qadınları bu gün münasibətilə təbrik edib, Azərbaycan qadınlarının ictimai-siyasi və elm sahəsində əldə etdiyi nailiyyətlərindən bəhs ediblər.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015