AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Zoologiya İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir keçirilib
Mart 05, 2021 | 03:05 / Konfranslar, iclaslar
Oxunub 811 dəfə

AMEA-nın Zoologiya İnstitutunda 8 Mart - Bey­nəl­xalq Qa­dın­lar Gü­nü­ münasibətilə tədbir ke­çi­rilib.

Tədbiri institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açaraq, bütün qadın əməkdaşları təbrik edib və günümüzdə Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. “Qadınlar müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin bü­tün sferalarında – istər elm sahəsində, istərsə də sosial-iqtisadi sahədə uğur­­lu fəa­liy­yət gös­tə­rir, cə­miy­yət qu­ru­cu­lu­ğu­na öz də­yər­li töhfə­lə­ri­ni ve­rərək fəal iştirakçısına çevrilir”, – deyə Ələddin Eyvazov əlavə edib.

İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d., dosent Elşad Əhmədov, ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli, Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d., dosent Barat Əhmədov, aparıcı elmi işçisi, b.ü.f.d., dosent Əbülfəz Tağıyev, aparıcı elmi işçisi, b.ü.f.d., dosent Reyhan İbrahimova və kiçik elmi işçisi Səliqə Qazi Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olduğunu, öz müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazdığını qeyd ediblər. Tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış Azərbaycan qadının yetişdirdiyi qəhrəman övladlar sayəsində bu gün qələbə sevinci yaşadığımız üçün onlara təşəkkür edilib.

Tədbirin sonunda institutun elmi-ictimai fəaliyyətində aktiv iştirak edən qadın əməkdaşlar Fəxri fərmanla təltif olunublar. Elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elyanə Tahirovaya isə AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə Fəxri fərmanlar təqdim edilib. Həmçinin Həmkarlar Təşkilatı tərəfindən bütün qadın əməkdaşlara bayram hədiyyələri paylanılıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015