AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
Fev 26, 2021 | 06:30 / Konfranslar, iclaslar
Oxunub 737 dəfə

AMEA-nın Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru Elman İsgəndər isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq, törədilən kütləvi qırğının Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissə olduğunu qeyd edib.

Həmçinin qurumun aparıcı elmi işçisi, b.ü.f.d. Tubuxanım Qasımzadə çıxış edərək Xocalı soyqırımının və erməni məkrli siyasətinin qanlı cinayətlərinin yaddaşımızdan heç vaxt çıxmayacağını, Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütün bəşəriyyətə qarşı yönəldilən qanlı cinayət olduğunu qeyd edib.

Daha sonra Bağın direktor müavini, dosent Şakir Qasımov, Bağın elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Nilufər Hüseynova və digərləri çıxış edərək Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı törədilən soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını bildiriblər.

Sonda Xocalı soyqırımına dair sənədli film nümayiş olunub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015