AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanika İnstitutunun gənc mütəxəssisləri beynəlxalq vebinarda iştirak edib
Fev 17, 2021 | 04:15 / Konfranslar, iclaslar
Oxunub 99 dəfə

AMEA-nın Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova və elmi işçisi Nigar Mürsəl qızı COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “A panel discussion on STEM - Women in the COVID-19 Pandemic” adlı vebinarda iştirak edib.

Vebinar “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunub. Vebinar çərçivəsində COVID-19 pandemiyası ilə əlaqədar olaraq ortaya çıxan yeni fürsətləri və problemləri işıqlandırmaq üçün STEM-də (Elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri) qadın alim və çempionlardan ibarət müzakirə paneli təşkil edilib.

Ümumilikdə iclasa 170-dən çox alim qatılıb. Vebinarın sonunda Aydan Zeynalova və Nigar Mürsəl qızı COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015