AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib
Fev 17, 2021 | 03:00 / Konfranslar, iclaslar
Oxunub 96 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AR Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 16 fevral 2021-ci il tarixində videokonfrans formatında növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, AR Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə keçirilmiş iclasda qeyd olunan Dövlət Proqramı üzrə Tədbirlər Planı çərçivəsində 2020-ci il ərzində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr müzakirə edilib. Komissiyanın sədri gələcək vəzifələrin icrası, o cümlədən aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verib.

Sözügedən iclasda Akademiyanı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova təmsil edib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015