AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Zoologiya İnstitutunda magistrantın attestasiyası keçirilib
Fev 16, 2021 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 101 dəfə

AMEA-nın Zoologiya İnstitutunda imtahan sessiyasını uğurla başa vurmuş "Onurğalılar zoologiyası" ixtisası üzrə təhsil alan II kurs magistrant Nigar Vəliyevanın attestasiyası aparılıb.

Attestasiya institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazovun sədrliyi ilə baş tutub. Attestasiya zamanı magistrant qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirakı barədə məlumat verib.

Attestasiya Komissiyasının qərarı ilə magistrant Nigar Vəliyeva attestasiyadan uğurla keçib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015