AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Lerikdə giləmeyvəli qaraçöhrə populyasiyasının dendroiqlim potensialı qiymətləndirilib
Fev 03, 2021 | 04:00 / Yeni nəşrlər
Oxunub 299 dəfə

AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin, qurumun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevin ABŞ və İsveçrədən olan həmkarları ilə həmmüəllif olduqları “Azərbaycanın cənubunda yayılan giləmeyvəli qaraçöhrə (Taxus baccata L.) növünün dendroiqlim potensianlı” məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib.

“Tree-Ring Research” jurnalında dərc edilən məqalədə Lerik rayonunun dağlıq ərazisində yayılan giləmeyvəli qaraçöhrə populyasiyasının dendroiqlim potensialı qiymətləndirilib. Nəticədə bu növün iqlim amillərinə həssas olması müəyyənləşdirilib və tədqiqatların davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, “Tree-Ring Research” jurnalı 1934-cü ildən ABŞ-da “Allen” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 1.719-dur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015