AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobioloq alim: "Koronavirusun mutasiyaya uğraması gözlənilən idi
Yan 19, 2021 | 12:17 / Müsahibələr, çıxışlar
Oxunub 302 dəfə

Son 1 ildən artıqdır ki, dünya COVID-19-la mübarizə aparır. Sərt karantin rejimi və peyvəndləmə prosesləri koronavirusu məğlub etməyə yönəlsə də, virus sərhədləri aşmağa, yeni canlar almağa davam edir. Artıq 50-dən çox ölkədə virusun mutasiyaya uğrayan növünə də rast gəlinib. Bütün bu təhlükələr virus üzərində əlavə tədqiqatlar aparmaq zərurəti yaradır.

Koronavirusun B.1.1.7 adlanan yeni ştammının daha yoluxucu olması haqqında iddialara cavab verən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Aytən Ağayeva deyib ki, koronavirus RNT genomlu viruslara aid olduğundan mutasiyaya uğraması gözlənilən idi.

Azərbaycana gətirilən vaksinlərdən də danışan Aytən Ağayeva bildirib ki, Çin istehsalı olan peyvəndlər inaktiv üsulla hazırlandığından daha təhlükəsiz və virusun qarşısının alınmasında effektiv olacaq.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015