AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobioloq alimlərin müəllifi olduğu kitab Rusiyada çapdan çıxıb
Dek 22, 2020 | 01:00 / Yeni nəşrlər
Oxunub 45 dəfə

AMEA-nın Mikrobiologiya İnstitutunun əməkdaşları - professor Nəriman İsmayılov, biologiya elmləri doktoru Samirə Nəcəfova və biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımovanın həmmüəllifi olduqları “Ekoloji, sosial və istehsal problemlərinin həlli üçün bioklaster kompleksləri” adlı kitab Rusiyada işıq üzü görüb.

Kitab insanların həyat fəaliyyətində və onların yaşayış mühitinin hərtərəfli yaxşılaşdırılmasında cəmiyyətin müasir inkişafının əsas vəzifəsi olan ekoloji-sosial-iqtisadi amillərin birliyinin qorunması yollarına həsr edilib.

Nəşrdə Azərbaycanın ətraf mühitinin vəziyyətinin ümumi qiymətləndirilməsi aparılıb və ərazinin gələcək inkişaf planları nəzərdən keçirilib. Ətraf mühitin kompleks şəkildə qorunması üçün biotexnologiyaların istifadəsinin perspektivləri göstərilib. Bu nöqteyi-nəzərdən Azərbaycanın ekoloji-sosial-iqtisadi problemlərinin həlli üçün inteqrasiya olunmuş istehsal təsərrüfatları sistemlərinin - bioklasterlərin elmi əsasları işlənib hazırlanıb. Qapalı biotexnoloji tsikilli bioklasterlərdə elə regional resursların səmərəli istifadəsi nəzərdə tutulur ki, fokuslanmış son nəticə yüksək praktiki əhəmiyyətə malik olsun. İşlənib hazırlanmış bütün biotexnologiyaların əsasını mikrobioloji, biokimyəvi və texnoloji proseslər təşkil edir.

Vəsait ətraf mühitin mühafizəsi, ekoloji texnologiyaların tətbiqi sahəsi üzrə təhsil alan tələbələr, o cümlədən də ixtisaslaşmış mütəxəssislər üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın rəyçisi akademik Məhərrəm Babayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015