AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Torpaqşünas alimlər beynəlxalq layihə çərçivəsində keçirilən onlayn görüşdə iştirak ediblər
Noy 16, 2020 | 03:35 / Görüşlər
Oxunub 341 dəfə

"Qafqaz regionunda meşələrə qlobal baxış platformasının təşviqi" beynəlxalq layihəsi çərçivəsində onlayn görüş keçirilib.

Görüşdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları - c.ü.f.d., dosent Fərrux Xəlilov və b.ü.f.d, dosent Zaman Məmmədov da iştirak ediblər.

Tədbirdə F.Xəlilov "Meşə ekosistemlərində səhralaşma və onun qarşısının alınması", Z.Məmmədov isə "Meşəaltı torpaqların tədqiqi, xəritələşdirilməsi və istifadəsi" mövzusunda  məruzə ilə  çıxış ediblər.

Alimlərin məruzəsi maraqla qarşılanıb və mövzular ətrafında geniş müzakirə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015