AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobiologiya İnstitutu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
İyn 03, 2020 | 02:23 / Mühüm hadisələr
Oxunub 67 dəfə

AMEA-nın Mikrobiologiya İnstitutu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub.

İnstitutun alimləri bir aylıq əməkhaqlarının müəyyən hissəsini könüllü şəkildə fonda ianə ediblər.

Xatırladaq ki, müəssisə əməkdaşları koronavirusla mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə qoşulur, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə ciddi riayət edirlər.

 

© www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015