AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın gənc mütəxəssisi Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub
May 18, 2020 | 03:10 / Mühüm hadisələr
Oxunub 272 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasının məzunu, qurumun Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqova Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub.

Onun Gent Universitetinin Tətbiqi in vitro bitki biotexnologiyası laboratoriyasında “Bitkilərdə kök və meristem hüceyrələrin in vitro regenerasiyası üçün yeni üsullar” mövzusu üzrə tədqiqatlar aparması planlaşdırılıb.

Qeyd edək ki, E.Sadıqova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015