AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
MBBİ-nin magistrantlarına distant formada açıq dərs keçirilib
Apr 30, 2020 | 07:02 / Konfranslar, iclaslar
Oxunub 33 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) magistrantları üçün "Biologiyanın müasir problemləri" fənni üzrə açıq distant dərs təşkil olunub.

İnstitutun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov tərəfindən "Bioloji qocalmanın və xərçəng xəstəliyinin genetik və digər əsasları" mövzusunda aparılan açıq dərsdə yaşlanma və qocalmanın genomla tənzimlənməsi yolları, yaş və xərçəng xəstəliyi arasında genetik səviyyədə əlaqə barədə ən son elmi yeniliklər magistrantların diqqətinə çatdırılıb.

27 nəfərin distant yolla qoşulduğu dərsdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015