AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Zoologiya İnstitutu “Evdə qal” çağırışına qoşularaq sosial videoçarx hazırlayıb
May 04, 2020 | 06:44 / Mühüm hadisələr
Oxunub 22 dəfə

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən atılan ciddi addımlar və irəli sürülən tələblərə dəstək olmaq məqsədilə AMEA-nın Zoologiya İnstitutu “Evdə qal” çağırışına qoşularaq sosial videoçarx hazırlayıb.

Videoçarxda əməkdaşlar tərəfindən karantin rejiminin qaydalarına riayət olunması və ciddi zərurət olmadığı halda yaşayış yerini tərk etməməklə bağlı çağırışlar edilib.

İnstitutun direktor vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədovun da pandemiya haqqında fikirləri videoçarxda yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015