AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Dendrologiya İnstitutu öz fəaliyyətini karantin rejiminin tələblərinə uyğun qurub
Apr 17, 2020 | 11:02 / Mühüm hadisələr
Oxunub 68 dəfə

AMEA Dendrologiya İnstitutu COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən səsləndirdiyi çağırışa qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat vəsait köçürüb və “Biz birlikdə güclüyük” şüarı altında institutun aztəminatlı ailələrinə ərzaq yardımı paylanılıb.

 Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğundan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq,  Dendrologiya İnstitutu da öz fəaliyyətini onlayn rejimdə davam etdirir.

Bununla bağlı, Rəhbərlik tərəfindən fəaliyyət planı hazırlanaraq institutun müvafiq laboratoriya, şöbə rəhbərlərinə təqdim olunub və müvafiq göstərişlər verilib.

Karantin müddətində institutun əməkdaşları aparılmış tədqiqatların nəticələrini ümumiləşdirərək beynəlxalq və yerli elmi jurnallara məqalələr hazırlayırlar. 11 məqalə isə artıq çapa təqdim olunmuşdur. Rəhbərliyin və aparıcı alimlərin təklifləri ilə bir neçə monoqrafiya yazılır və həmmüəlliflər onlayn əlaqə saxlayaraq, mətnlərin müzakirəsini aparırlar. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin vaxtı uzadılarsa, görüləcək vacib tədbirlər onlayn rejimdə keçiriləcək.

Bu çətin günlərdə İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsi öz üzərinə düşən vəzifəni layiqincə icra edərək, İnstitutun dendrologiya.az rəsmi veb-saytı və facebook internet səhifəsi üzrə öz fəaliyyətini onlayn şəkildə davam etdirir və hər gün dünyada, eləcə də ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatları, bu virusla mübarizə məqsədilə görülən tədbirləri, aparılan araşdırmaları, həmçinin institutun həyatında baş verən yenilikləri işıqlandırır. dendrologiya.az veb səhifəsinə yerləşdirilən məlumatlar qısa bir zamanda tərcümə edilərək ingilis dili bölməsinə yerləşdirilir.

Təxirə salınması mümkün olmayan işlər xüsusi əmək rejiminin qaydalarına riayyət etməklə yerinə yetirlir. Belə ki, təxirəsalınmaz təssərüfat işlərinin yerinə yetirilməsi məqsədi ilə iş yerinə yaxın məsafədə olan 10-15 nəfər əmkdaş tədqiqat sahəsinə aqrotexniki quluq göstərməklə bərabər bitkilər üzərində fenoloji müşahidələr aparırlar.

Karantindən sonrakı dövrdə səyahətçilərin xoş istirahətini təmin etmək üçün Dendrologiya İnstitunun əməkdaşları respublikamızın füsünkar guşəsi olan bu təbiət abidəsinin mühafizəsi üçün əlindən gələni əsirgəmirlər.

Çalışırıq ki, bu çətin dövürdə Dendrologiya İnstitununun Dendroloji Park ərazisi özünün bəzək memarlığı gözəlliyi ilə karantindən sonrakı dövürdə əhalinin istirahətinin təminində xoş təsuratlar yaratsın. Bu məqsədlə yeni bir orenjeriya istifadəyə verilmiş, su hovuzları cari təmir edilmiş, yeni çiçəkliklər salınmışdır.

 

© bteb.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015