AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Botanika İnstitutunda da magistralar üçün onlayn dərslər davam etdirilir
Apr 04, 2020 | 08:38 / Mühüm hadisələr
Oxunub 48 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 29 mart 2020-ci il № 114-li sərəncamına əsasən Botanika İnstitutunda distant tədris təsdiqlənmiş II semestr dərs cədvəli və fənn sillabuslarına uyğun olaraq skype və zoom proqramları vasitəsilə keçirilir. II kurs magistrantların elmi rəhbərləri onlarla distant əlaqə yaradaraq fərdi iş planına uyğun olaraq dissertasiya işlərinin vaxtında tamamlanması üçün onlara elmi-metodiki məsləhətlər verirlər.
Müəllimlər mühazirələrin və təqdimatın elektron formasını magistrantların elektron poçt ünvanlarına göndərirlər. Dərsin gedişi zamanı şəkil və videolar çəkilərək Təhsil şöbəsinə təqdim edilir. Mütəmadi olaraq dərslərin gedişi haqqında müəllim və magistrantlardan məlumat alınır, dərslərin gedişinə nəzarət edilir.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015