AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobiologiya İnstitutunun magistrantları üçün distant dərslərin tədrisinə başlanılıb
Apr 03, 2020 | 08:17 / Mühüm hadisələr
Oxunub 46 dəfə

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncamına əsasən, Mikrobiologiya İnstitutunda təhsil alan magistrantlar üçün 30 mart tarixindən distant tədrisə başlanılıb.
Hazırda institutda “mikrobiologiya” ixtisasında 2 magistrantı var ki, onların biri I, digəri isə II kursda təhsil alır.
İnstitutun tədris prosesinə cəlb edilmiş müəllim heyəti sillabuslarda nəzərdə tutulan mövzulara uyğun olaraq tədrisi elektron vasitələrlə həyata keçirir. Dərslərin keçirilməsi müvafiq semester üçün qəbul edilmiş cədvələ müvafiq olaraq aparılır. Institutun I kurs magistrantı təhsil proqramında nəzərdə tutulan fənnlərə aid mühazirə materialları və təqdimatlarla təmin edilmişdir. Hazırlanmış dərs vəsaitləri (mühazirə mətnləri və təqdimatlar) müvafiq olaraq elektron formatda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə təqdim ediləcəkdir.

 

© www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015