AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Lənkəran Regional Elmi Mərkəzində koronavirusla bağlı maarifləndirici və dezinfeksiyaedici tədbirlər aparılır
Mart 17, 2020 | 12:38 / Mühüm hadisələr
Oxunub 265 dəfə

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında da  təxirəsalınmaz tədbirlər davam etdirilir.

Məlum olduğu kimi bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən sərəncam imzalanıb. Sərəncama uyğun olaraq Lənkəran Regional Elmi Mərkəzində də bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bununla bağlı Mərkəzin əməkdaşları arasında maarifləndirici söhbətlər aparılır, Azərbaycan Respublikası  Nazirlər kabinetinin, Akademiya rəhbərliyinin tapşırıq və göstərişləri müntəzəm olaraq əməkdaşların nəzərinə çatdırılır. Bundan əlavə Lənkəran şəhər Sanitariya və Epidomologiya Mərkəzi ilə sıx əlaqə yaradılıb, mart ayının 14-də mərkəz tərəfdən LREM-nin binasınıda dezinfeksiya işləri həyata keçirilib.

LREM-də koronavirusla bağlı tədbirlər davam etdirilir.

 

© bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015