AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Dendrologiya İnstitutunda koronavirusla bağlı profilaktik tədbirlər həyata keçirilir
Mart 17, 2020 | 12:07 / Mühüm hadisələr
Oxunub 398 dəfə

13.03.2020 –ci il  tarixində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı “Koronavirusla bağlı profilaktik tədbirlər haqqında” sərəncamın icrasını təmin etmək məqsədilə AMEA Dendrologiya İnstitutunda 16 və 17 mart 2020-ci il tarixlərində  koronavirus (COVID-19) infeksiyasının qarşısnı almaq məqsədi ilə tibbi proflaktik dizinfeksiya işləri aparılmışdır. Belə ki, bağın ərazsindəki giriş və çıxış yerləri,konfrans zalı, yeməkxana, laboratoriya korpusunun bütün otaqları və dəhlizlər xüsusi preparatlarla təmizlənmişdir.  İnfeksiyanın yartdığı fəsadlar ondan necə qorunma yolları təhükənin qarşısını almaq məqsədilə əməkdaşlara marifləndirici məlumatlar verilir. Bundan əlavə qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri tövsiyyə edilmiş, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli davamiyyət rejimi tətbiq edilmişdir. Koronavirusun yayılması ehtimalının aradan qaldırılması məqsədi ilə  ezamiyyətlər müvəqqəti olaraq dayandırılmışdır.

Həmçinin sosial şəbəkələrdə də video çarxlar vasitəsi ilə epidemiyadan  qoruma yolları haqqında mütəmadi marifləndici paylaşımlar edilir. 

 

© bteb.science.gov.az

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015