AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dezinfeksiya işləri aparılıb
Mart 16, 2020 | 03:44 / Mühüm hadisələr
Oxunub 98 dəfə

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Mart ayının 15-də koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə institutda dezinfeksiya işləri aparılıb. Belə ki, institutun 5 mərtəbəli laboratoriya və 2 mərtəbəli inzibati korpuslarının bütün otaqları, foye, dəhlizlər, pilləkənlər, akt zalları xüsusi preparatlarla təmizlənib. Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

http://imbb.az/az/news/540

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015