AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Mikrobiologiya İnstitutunda dezinfeksiya işləri aparılıb
Mart 16, 2020 | 01:16 / Konfranslar, iclaslar
Oxunub 204 dəfə

Azərbaycanda koronavirusa qarşı aparılan dezinfeksiya tədbirləri çərçivəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq AMEA Mikrobiologiya İnstitutunda  dezinfeksiya işləri aparılıb.

Elmi müəssisənin laboratoriya otaqları, konfrans zalı, kitabxana və dəhliz dezinfeksiya olunub və bu işlər mutəmdi olaraq təkrar olunması nəzərdə tutulur.

İnstitutda əməkdaşlara mikrobioloq alimlər tərəfindən  koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici məlumatlar verilib.  Eyni zamanda, işçilərə virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmələri tövsiyyə olunub. İnstitutun iş rejimində təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi nəzərdə tutulub.

 

© bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015