AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Fiziologiya institutunda dezinfeksiya işləri aparılıb
Mart 16, 2020 | 12:58 / Mühüm hadisələr
Oxunub 83 dəfə

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda dünyanın bir neçə ölkəsində aşkarlanan koronavirus epidemiyasına qarşı (COVİD-19)  tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

 “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə institutun  laboratoriya otaqları, konfrans zalı, kitabxana, dəhlizlərdə dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, Fiziologiya İnstitutunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə davamlı olaraq işlər görülür. Eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə məlumatlılığın artırılması məqsədilə koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında institut əməkdaşlarına maarifləndirici məlumat verilib. Bildirilib ki, baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulması kimi hallara rast gəlinirsə dərhal həkimə müraciət edilmədir. Profilaktik tədbir olaraq əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul edilməsinin önəmi vurğulanıb.

 

 

© bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015