AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Zoologiya İnstitutunda koronovirusla bağılı tədbirlər həyata keçirilir
Mart 16, 2020 | 12:03 / Mühüm hadisələr
Oxunub 139 dəfə

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamın icrasını təmin etmək məqsədilə AMEA Zoologiya İnstitutunda 06 və13 mart 2020-ci il tarixlərində sanitar-dezinfeksiya işləri aparılmışdır, institut otaqları və dəhlizləri dezinfeksiyaedici maddə ilə dərmanlanmış, mütəmadi olaraq institut əməkdaşları koronavirusdan necə qorunmaq qaydaları barədə təlimatlandırılmış, həmçinin, sürətlə yayılmaqda olan koronavirusla mübarizə aparmaq, yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə bütün otaqlar dezinfeksiyaedici maddələrlə təmin olunmuş, institutda qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yardım çantası təşkil edilmişdir. Bundan əlavə qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri tövsiyyə edilmiş, təqaüd yaşlı işçilərin və əlillərin işə davamiyyətində güzəştli davamiyyət rejimi tətbiq edilmişdir. İşçilərin koronavirusun yayılması ehtimalının aradan qaldırılması məqsədi ilə  ezamiyyətlər müvəqqəti olaraq dayandırılmışdır.

 

© bteb.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015