AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitunun Elmi Şurasında koronovirusla bağlı tədbirlərin görülməsi qərara alındı
Mart 16, 2020 | 10:44 / Mühüm hadisələr
Oxunub 126 dəfə

2020-ci il mart ayının 13-də AMEA Genetik Ehtiyatlar İnstitunun Elmi Şurasının növbəti iclası keçirildi. İlk öncə İnstitutun şöbə və laboratoriyalarının 2020-ci il üzrə iş planları, institutun 2020-2025-ci illər üzrə inkişaf proqramı və ona uyğun hazırlanmış konsepsiya müzkirə olunaraq təsdiq edildi. Sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzalandığı sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlı qərar qəbul edildi. İnstitutun tibb məntəqəsinin fəaliyyəti gücləndirilərək, əməkdaşların ilkin tibbi yoxlamaları həyata keçirilir. Bundan başqa əməkdaşlarla mütəmadi maarifləndirici tədbirlər görülür. Həmçini əməkdaşların xarici ölkələrə ezamiyyətləri dayandırılması, təqaüd yaşlı işçilərə güzəştli şərtlər tətbiq edilməsi və kütləvi tədbirlərin keçirilməməsi də qərara alındı. Qeyd edək ki, artıq Genetik Ehtiyatlar İnstitutunda dezinfeksiya işləri həyata keçirilmişdir. 

 

© www.genres.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015