AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
“Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin 1-ci iclası keçirilib
Fev 05, 2020 | 01:09 / Konfranslar, iclaslar
Oxunub 46 dəfə

Fevralın 4-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin ilk iclası keçirilib. İclasda yeni tərkibə daxil olan üzvlərin böyük əksəriyyəti iştirak edib.
Tədbiri Redaksiya heyətinin sədr müavini akademik İradə Hüseynova açaraq müasir dövrdə Respublikada bütün sahələrdə olduğu kimi, elmin də dinamik inkişaf etdiyini, dövlət strukturları ilə birgə əməkdaşlıq üçün çevik əlaqələrin qurulmasının vacibliyini qeyd edib, Azərbaycan Milli Elmlər Akademiyasıda AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə aparılan geniş miqyaslı islahatlara diqqət çəkib. Natiq həmçinin AMEA ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə iştirakı ilə “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın yeni, III nəşrinin hazırlanmasının vacibliyinə toxunub, bu nəşrin Redakisiya heyətinin yeni tərkibi haqqında AMEA-nın 9 yanvar 2020-ci il tarixli 1/3 nömrəli Qərarı barədə məlumat verib.
Qərardan irəli gələn vəzifələr ətrafında çıxış və müzakirələrdə akademik Validə Əli-zadə, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, biologiya elmləri doktoru, professor Şaiq İbrahimov, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyev, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, biologiya elmləri doktoru Aydın Əsgərov, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva, biologiya elmləri doktoru, dosent Naibə Mehdiyeva və biologiya elmləri doktoru, dosent Vüqar Kərimov iştirak ediblər.
Sonra Redaksiya heyətinin üzvləri tərəfindən qaldırılmış bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib və lazımi qərarlar qəbul edilib.
Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın nəşri ilə bağlı qısa müddət ərzində 2020-2023-cü illəri əhatə edən fəaliyyət proqramının hazırlanmasının vacibliyini xatırladıb. Onun təklifilə bu məqsədlə akademik Validə Əli-zadənin rəhbərliyi altında işçi qrup yaradılması qərara alınıb.

 

© bteb.science.gov.az

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015