AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA-da Strasburq Universitetinin nümayəndələri ilə görüş keçirilib
Yan 15, 2020 | 02:58 / Görüşlər
Oxunub 229 dəfə

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universitetinin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə görüşüb.

Görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və həyata keçirilən elmi-tədqiqatlar barədə qonaqlara məlumat verib. AMEA-nın elmi bölmələrində həyata keçirilən işlərdən danışan alim burada elmin müxtəlif sahələrini əhatə edən prioritet istiqamətlərdə tədqiqatların aparıldığını bildirib.

Akademik Ramiz Mehdiyev qeyd edib ki, son illər AMEA-da beynəlxalq elmi əlaqələr daha da inkişaf etdirilir, müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır. AMEA rəhbəri Azərbaycanla Fransa arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyərək, bu əlaqələrin davamı olaraq iki ölkə arasında elmi əməkdaşlığın genişləndirilməsi, müvafiq sahələr üzrə kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. 

Strasburq Universitetinin rektoru Mişel Deneken AMEA ilə əməkdaşlığın təşkilində maraqlı olduqlarını bildirib. O, rəhbərlik etdiyi müəssisənin dünyanın bir çox ölkəsində nümayəndəliyinin olduğunu deyib.

Mişel Deneken iki qurum arasında əməkdaşlığın faydalarından söz açıb, bu əlaqələrin bütövlükdə Fransa-Azərbaycan elmi münasibətləri üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros çıxış edərək iki ölkə arasında əlaqələrdən, elmi əməkdaşlıqdan danışıb. O, Strasburq Unversitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini də deyib.

Akademik Ramiz Mehdiyev AMEA-nın institut və təşkilatları ilə Fransanın elmi mərkəzləri arasında əlaqələrin davam etdiriləcəyini, perspektiv əməkdaşlıq imkanları istiqamətində bundan sonra da müzakirələr aparılacağını vurğulayıb.

Tədbirdə AMEA ilə Strasburq Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanması istiqamətində razılıq əldə olunub. Qeyd edilib ki, yaxın günlərdə Bakıda AMEA-nın Fəlsəfə və Coğrafiya İnstitutları ilə birlikdə “İdeyalar gecəsi 2” adlı tədbir də keçiriləcək.

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİbrahim Quliyev, Fransa səfirliyinin müşaviri Jerom Kel, Strasburq Universitetinin strategiya və inkişaf üzrə vitse-prezidenti Kristel Roy, Fransa-Azərbaycan Universiteti (UFAZ) üzrə əlaqələndirici Jan-Mark Planeks, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotte Payen, Fransa səfirliyinin əməkdaşı Qəmər Əfqani iştirak ediblər.

 

© www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015