AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Elmi ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dek 13, 2019 | 05:49 / Mühüm hadisələr
Oxunub 238 dəfə

Dekabrın 12-də AMEA Rəyasət Heyətinin üzvləri və aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələrək, ulu öndərin məzarını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri dahi lider Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015