AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Batumi Botanika Bağının əməkdaşları Mərkəzi Nəbatat Bağının qonağı olublar
Okt 30, 2019 | 06:06 / Görüşlər
Oxunub 18 dəfə

Gürcüstan Batumi Botanika  Bağının əməkdaşları “Dekorativ bitkilər”  şöbəsinin  müdiri,  b.e.d. Marina Tatarişvili və bitki kolleksiyaları üzrə kurator Maqdana Çaparidze AMEA Mərkəzi Nəbatat Bağının qonağı olublar.  Mərkəzi Nəbatat Bağının direktoru b.e.d. Vahid Fərzəliyev qonaqlarla görüş zamanı Bağın tarixi, fəaliyyət istiqamətləri, o cümlədən, beynəlxalq əlaqələri barədə ətraflı məlumatlar vermişdir.

Batumi Botanika Bağının qonaqları iki ölkə arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək birgə tədqiqatlar, müştərək layihələr və ekspedisiyaların təşkili, bitki materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

Gürcüstanlı qonaqlar səfər müddətində Bağda aparılmış elmi tədqiqat işləri və kolleksiya sahələri ilə yaxından tanış olmuşlar. Eyni zamanda Bağın aparıcı mütəxəssiləri ilə Qafqaz biomüxtəlifliyinin qorunmasına dair gələcək tədqiqat planları müzakirə olunmuşdur.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015