AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbycanın tibb sahəsində çalışan alimlərinin tədqiqat işləri beynəlxalq dərəcəli mükafata layiq görülmüşdür
Okt 28, 2019 | 09:41 / Mühüm hadisələr
Oxunub 18 dəfə

Oktyabr ayının 23-26-sında Türkiyənin Antalya şəhərində Beynəlxalq səviyyəli 14-cü Hepato-Pankreato-Biliar (qaraciyər - mədəaltı vəzi - öd yolları) cərrahiyyə Konqresi keçirilmişdir.
Konqresdə Avropa, Amerika, Asiya, Avstraliya qitələrinin 40-dan çox ölkəsinin nüfuzlu elmi cərrahlıq mərkəzlərinin, universitetlərinin və elmi-tədqiqat institutlarının 300-dən artıq tanınmış alimləri, o cümlədən Azərbaycan alimlərindən ibarət böyük heyət iştirak etmişdir. Kongresdə öd yollarının, qaraciyərin, mədəaltı vəzin ən actual problemləri, xüsusən, laparoskopik və robotla qaraciytərin, mədəaltı vəzin rezeksiyaları, qaraciyərin, mədəaltı vəzin və öd yollarının bəd xassəli xəstəliklərinin və qaraciyər transplantasiyasının müasir aspektləri müzakirə edilmişdir. AMEA müxbir üzvü, professor Nuru Bayramov, Professor Qurbanxan Müslümov, tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov, doktor Elvin İsazadə və doktor Niyazi Qəmbərli ölkəmizi kongresdə təmsil etmişdir.
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası konqresdə ən aktiv bölüm kimi qiymətləndirilmişdir, belə ki, bu kafedranın 10 çıxış və posteri müzkirə edilmişdir. AMEA müxbir üzvü, professor Nuru Bayramov və həmmüəliflərinin (Ruslan Məmmədov, Elvin İsazadə) “Classification of difficult laparoscopic cholecystectomy based on identification, dissection and procedural (IDP) problems’ solution” (Laparoskopik xolesistektomiya əməlyyatının identifikasiya, disseksiya və prosedura (İDP) problemlərinin həllinə əsaslanan çətinlik dərəcələri klassifikasiyası) adlı orginal tədqiqat işi birinci yerə layiq görülmiş və mukafatlandırılmışdır.

 

© http://bteb.science.gov.az/

 

 

 

 

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015