AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib
Okt 21, 2019 | 03:34 / Konfranslar, iclaslar
Oxunub 253 dəfə

Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA Yüksək Texnologiyalar Parkının direktoru, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

Akademik Əhliman Əmiraslanov büro üzvlərini və qonaqları gündəliklə tanış edib.

Əvvəlcə AMEA prezidentinin "AMEA-nın elmi müəssisə və təşkilatlarına
məxsus patentlərdən daha səmərəli istifadə edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 24 sentyabr 2019-cu il tarixli, 629 saylısərəncamının icrası məqsədilə AMEA Yüksək Texnologiyalar Parkıilə birlikdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin elmi
təşkilatları üzrə cari elmi tədqiqat planlarının, tətbiqi xarakterli işlərinölkə iqtisadiyyatınınreal ehtiyaclarına uyğunluğu vəkommersiyalaşdırılması perspektivləri müzakirə edilib. İnstitutların rəhbərləri müvafiq məsələ ilə bağlı məlumat və təkliflərini bildiriblər. Müzakirələri yekunlaşdıran akademik Əhliman Əmiraslanov bu sahədə, xüsusən də institutların patentlərinin tətbiqi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Sonra "Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)" toplusu
üzrə işçi qrupunun tərkibinin təsdiq edilməsi haqqında məsələ müzakirə edilib. Akademik Əhliman Əmiraslanov məlumat verib ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və tibb elmləri bölməsinin iclasi keçirilib. İclasda Azərbaycandaonurğalı heyvan adları ilə bağlı problemlərin araşdırılması və yekun fikir formalaşdırılması üçün işçi qrup yaradılması məqsədəmüvafiq hesab edilib. Büro qeyd edilən qrupun tərkibi haqqında qərar qəbul edib.

Daha sonra akademik Əhliman ƏmiraslanovZoologiya İnstitutunun direktoru fizika üzrə fəlsəfə doktoru,dosent Elman Yusifovun 60 illik yubileyi haqqında məlumat verib. Yubilyarı bölmənin rəhbərliyi və üzvləri adından təbrik edən akademik-katib ona gələcək elmi və təşkilati fəaliyyətində uğurlar arzulayıb.Elman Yusifova Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanının verilməsi qərara alınıb.

İclasda aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sevda TalıbovaAMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutununÜzvi gübrələrlaboratoriyasının müdiri vəzifəsinə təsdiq edilib, eləcə də digər kadr məsələləri ilə bağlı qərarlar qəbul edilib.

İclasın sonundaakademik Əhliman Əmiraslanov 2019-cu il üzrə Bölmə institutlarının elmi və elmi-təşkilati hesabatlarının, ən mühüm tədqiqat nəticələrininhazırlanmasıvə təqdim edilməsi ilə bağlı tapşıırıqlar verib.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015