AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Ağsu Təcrübə-Dayaq Məntəqəsində yetişdirilən məhsulun AMEA-nın elmi bölmələrinə paylanması prosesi davam edir
Sen 10, 2019 | 12:50 / Maraqlı məlumatlar
Oxunub 139 dəfə

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağından əldə edilən məhsulun AMEA-nın elmi bölmələri arasında paylanması prosesi davam edir. Belə ki, bağdan toplanmış 1.5 ton üzüm məhsulu Yer Elmləri Bölməsinə təhvil verilib.
Qeyd edək ki, Ağsu Təcrübə-Dayaq Məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 hektar üzüm bağında mütəxəssislər tərəfindən bitkinin məhsuldarlığının azalmasına təsir edən zərərvericilər və onlara qarşı inteqrir mübarizə üzrə geniş araşdırma aparılıb.

Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından 10 tona yaxın məhsul əldə edilib. Əldə olunan ilk 1,5 ton məhsul AMEA-nın Fizika - Riyaziyyat və Texnika Elmləri Bölməsinə, daha sonra isə 800 kiloqram məhsul Biologiya və Tibb Elmləri Bölməsinə təhvil verilib.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015