AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində tanınmış İtaliyalı alimlə görüş keçirilib
İyl 18, 2019 | 05:08 / Görüşlər
Oxunub 98 dəfə

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov AMEA-nın Rəyasət Heyətinin binasında tanınmış Italiya alimi, Boloniya Universitetinin şöbə müdiri, tibb üzrə bir sıra beynəlxalq təşkilatların üzvü və məsləhətçisi professor Francesco F.Naccarellanı və tibbi-genetika üzrə mütəxəssis, İran İslam Respublikasını təmsil edən Dr. Siamak Saberi qəbul edib. Qəbulda AMEA Beynəlxalq Əlaqələr İdarəsinin rəisi biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, BTEB-in akademik-katibinin müavinləri – AMEA-nın müxbir üzvü Nuru Bayramov, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələr üzrə prorektoru tibb üzrə fəlsəfə doktoru Orxan İsayev, ATU-nun Onkologiya Klinikasının rəhbər və mütəxəssisləri iştirak ediblər. Görüşdə İtaliya və Azərbaycan alimləri arasında onkologiya, tibbi genetika və kardiologiya sahələrində mövcud elmi əlaqələr, birgə proqramlar və perspektivlər barədə ətraflı müzakirələr aparılıb, müştərək multidissiplinar layihələrin hazırlanaraq mövcud müsabiqələrə təqdim edilməsi qərara alınıb. Akademik Əhliman Əmiraslanov müzakirələrə və geniş fikir mübadiləsinə yekun vuraraq, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zamanın tələbi olduğunu vurğulayıb,birgə layihələrin hazırlanması üzrə işçi qruplarının yaradılması ilə bağlı tapşırıqlar verib.

 
 
© http://bteb.science.gov.az/
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015