AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Biologiya və Tibb Elmləri Bölməsi ilə Azərbaycan Tibb Universitetinin birgə iclası keçirildi
İyn 04, 2019 | 08:34 / Konfranslar, iclaslar
Oxunub 156 dəfə

AMEA Genetik Ehtiyatlar institutunda AMEA Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) ilə Azərbayan Tibb Universitetinin (ATU) birgə iclası keçirildi. İlk öncə BTEB-in akademik-katibi akademik Əhliman Əmiraslanov BTEB ilə ATU arasında mövcud elmi əlaqələr, birgə layihələr və perspektivlər barədə iclas iştirakçılarına ətraflı məlumat verdi. Sonra isə ATU-nun rektoru, professor Gəray Gəraybəyli ATU-da aparılan kliniki və biotibbi tədqiqatlar və elmi kadr hazırlığında əməkdaşlıq imkanları haqqında çıxış etdi. AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova da öz çıxışında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda insan genetikası ilə bağlı apardıqları tədiqat işlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. İclasda AMEA-nın müxbir üzvü Nuru Bayramov "Prioritet istiqamətlər və sahələr üzrə aparılan tədqiqatlar: dissertasiyalar, yeni təkliflər, ATU və AMEA arasında ortaq tədqiqatlar" və AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov "İnsan genetikası üzrə aparılan tədqiqatlar və perspektivlər" mövzularında məruzə etdilər. Daha sonra hər BTEB institutlarının və ATU-nın bır sıra alim və mütəxəssisləri də tədbiri yüksək qiymətləndirdilər və birgə tədqiqatların və layihələrin həyata keçirilməsinə dair öz fikirlərini bildirdilər. Sonda əlaqələrin gücləndirilməsi və genişləndirilməsi məqsədilə hər iki qurumun ailm və mütəxəssislərindən ibarər birgə işçi qrupunun yaradılması qərara alındı.

 

© http://bteb.science.gov.az/

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015