AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Gürcüstan Respublikasında keçirilən Beynəlxalq konfransda iştirak etmişdir
May 18, 2019 | 06:53 / Konfranslar, iclaslar
Oxunub 227 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEAGenetik Ehtiyatlar İnstitutunun (GEİ) Biokimya şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva Gürcüstan Respublikasında 4 günlük ezamiyyətdə olmuşdur.

O, Gürcüstan Tibbi Genetika və Epigenetika Cəmiyyəti, Tbilisi Dövlət Tibb Universiteti və Şota Rustaveli Milli Elmi Tədqiqat Fondu tərəfindən təşkil olunmuş II Beynəlxalq ”İnsan Genomu və Sağlamlığı” mövzusunda konfransda iştirak etmişdir.

Konfransın keçirilməsində əsas məqsəd həkimlər, tədqiqatçılar, alimlər tərəfindən və həmçinin biznesin tibbi genetika sahəsində əldə edilən son elmi nailiyyətləri  iştirakçılara təqdim etmək, genetik xəstəliklərin tədqiqatı ilə bağlı beynəlxalq əlaqələr yaratmaq olmuşdur. Tədbirdə bir çox dövlətlərdən alim və dünya şöhrətli mütəxəssislər iştirak etmişdir.

S.Ağayeva “Combination of two genetic disturbances: G6PD enzyme deficiency and Duchenne muscular dystrophy in one patient” (İki genetik pozğunluğun birləşməsi: G6PD ferment çatışmazlığı və Düşen əzələ distrofiyası)  mövzusunda məruzə ilə çıxış etmiş və sertifikata layiq görülmüşdür.

S.Ağayeva həmçinin ezamiyyət müddətində bir sıra alim və mütəxəssislərlə tanış olmuş və gələcəkdə birgə tədqiqatlara dair müzakirələr aparılmışdır.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015