AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu arasında əməkdaşlıq əlaqələri gücləndirilir
Mart 07, 2019 | 04:02 / Mühüm hadisələr
Oxunub 31 dəfə

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən vərəm və ağciyər xəstəliklərinin, eləcə də qeyri-yoluxucu xəstəliklərin genetik əsasları öyrəniləcək, xəstəliklərə risk qrupların vaxtında aşkar edilməsi, mutasiyaların müəyyənləşdirilməsi, onların xəstəliyin gedişinə təsiri, o cümlədən müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi sahəsində birgə tədqiqatlar və kadr hazırlığı aparılacaq. Müqavilədə iki qurum arasında elmi-tədqiqat sahəsində əlaqələrin yaradılması, müvafiq xəstəliklər üzrə ədəbiyyat məlumatlarının təhlili, birgə seminarların, elmi-praktik konfransların təşkili nəzərdə tutulub.

Müqavilə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova tərəfindən imzalanıb.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015