AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Amerikanın Kornell Universitetində tədqiqatlar aparmışdır
Mart 07, 2019 | 03:39 / Mühüm hadisələr
Oxunub 166 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Virusologiya qrupunun rəhbəri biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev 6 ay müddətində Amerikada ezamiyyətdə olmuşdur.

O, ABŞ-ın Azərbaycandakı Səfirliyinin 2018-2019 cu il üçün elan etdiyi FulbrightElmi Tədqiqat proqramının qalibi olmuş və Nyu Yorkda yerləşənKornell Universitetində tədqiqat aparmışdır.Tədqiqat işləri proqram çərçivəsində universitetin“Plant Pathology and Plant-Microbe Biology” departamentindədünya şöhrətli alim,professor Mark Fuksun rəhbərliyi altında “Azərbaycanda üzüm və meyvə bitkilərdə yayılmış virus populyasiyalarının xarakteristikası və genetik müxtəlifliyi” mövzusunda yerinə yetirilmişdir.Ezamiyyət müddətində Azərbaycan və eyni zamanda Nyu Yorkun müxtəlif bölgələrindən toplanmış bitki nümunələri tədqiq edilmişdir. İşin əsas məqsədi meyvə və üzüm bağlarında yayılmış virus mənşəli xəstəlikləri dərindən tədqiq etməklə bağları və eləcədə istehsal edilən məhsulu yaranmış xəstəliyin mənfi təsirindən mühafizə etməkdir.

 

© http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015