AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Gənclər üçün Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur
Fev 06, 2019 | 07:18 / Maraqlı məlumatlar
Oxunub 172 dəfə

Prezident İlham Əliyevin Sərəncamı ilə elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülən Genetik Ehtiyatlar İnstitutunun laboratoriya müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov doktorantura səviyyəsi üzrə Hökumətlərarası Təqaüd Proqramının (HTP) məzunudur.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin məzunu olan A.Şahverənov 2013-2016-cı illərdə həmin proqram çərçivəsində Çinin Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorantura təhsili alıb. 2016-cı ildən AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasına rəhbərlik edib. Həmin ildə dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan gənc tədqiqatçı Azərbaycan, alman, ingilis, rus, Çin və türk dillərini bilir.

 

© www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015