AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Zoologiya İnstitutunun direktoru E.Yusifovun həmmüəllifliyi ilə“Konfliktologiya” dərsliyi nəşr edilib
Yan 04, 2019 | 04:02 / Mühüm hadisələr
Oxunub 386 dəfə

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyevadına Akademiyası tərəfindən AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov və DTX-nin Heydər Əliyevadına Akademiyasının “İctimai-siyasi fənlər” kafedrasının rəisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Müşviq Ramazanovun “Konfliktologiya” adlı dərsliyi nəşr olunub.

Dərslikdə konfliktologiyanın müstəqil elm kimi təkamülü, əsas konflikt nəzəriyyələri, konfliktlərin müasir tədqiqat metodları, konfliktlərin strukturu, dinamikası və funksiyaları kimi məsələlər öz əksini tapıb.

Dərslikdə eyni zamanda Azərbaycanın ictimai və elmi fikir tarixində konflikt problemləri tarixi kontekstdə araşdırılmış, konfliktologiyanın metodoloji prinsipləri, onların qabaqlanması və idarə edilməsi məsələləri açıqlanıb.

Dərslik DTX-nin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri, həmçinin, konfliktologiya kursunu öyrənən digər universitetlərin tələbə və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər üçün nəzərdə tutulub.

E.Yusifov bu mötəbər tədris müəssisəsində 11 il müxtəlif fənlərdən dərslər aparıb.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015