AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Fiziologiya İnstitutu ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Dek 20, 2018 | 05:33 / Görüşlər
Oxunub 304 dəfə

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, b.ü.e.d. Ulduz Həşimova Həştərxan Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, b.ü.f.d. Yelena Kondratenko ilə görüşüb.

Görüş zamanı qurumlar arasında müasir istiqamətlər üzrə elmi-tədqiqat işlərinin aparılması, təhsil proqramlarının hazırlanması, birgə elmi konfrans, forum və simpoziumların təşkili kimi məsələlər müzakirə olunub.

Y.Kondratenko, həmçinin institutun əməkdaşları ilə görüşüb, aparılan tədqiqat işləri ilə yaxından tanış olub.

Sonda Fiziologiya İnstitutu ilə Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

© www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015