AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Zoologiya İnstitutu növbəti dəfə süni göllərdə yetişdirdiyi yüksək keyfiyyətli balıqları tədqiq edildikdən sonra əməkdaşlarına paylayıb
Dek 14, 2018 | 05:39 / Mühüm hadisələr
Oxunub 331 dəfə

AMEA Zoologiya İnstitutu ölkədə ekoloji təmiz məhsulların alınması üçün apardığı eksperimentlər üzrə uğurlu nəticə əldə etməkdə davam edir. İnstitutun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində çəki və ağamur balıq növlərinin süni çoxaldılmasında yüksək nailiyyətlər əldə edilib. Belə ki, yetişdirilmiş 350 ədəd çəki, 350 ədəd ağamur balıqlarını AMEA Rəyasət Heyəti və Zoologiya İnstitutu əməkdaşlarına paylanıb.

Hal-hazırda göllərdə həm əmtəə, həm də elmi-tədqiqat işlərinin aparılması məqsədi ilə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş, yüksək ekoloji keyfiyyətə malik koi, naxa, qalınalın, çəki, ağamur balıq növləri yetişdirilməkdə davam edir.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015