AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Mərkəzi Nəbatat Bağında “CİS məktəbi 2018” layihəsi çərçivəsində təlim keçirilib
Avg 06, 2018 | 12:15 / Maraqlı məlumatlar
Oxunub 124 dəfə

AMEA Mərkəzi Nəbatat BağınındaAzərbaycan Respublikasının Prezidenti yanındaQeyri-HökümətTəşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən “Coğrafi İnformasiya Sistemləri (CİS) məktəbi” layihəsiçərçivəsində təlim keçirilmişdir. Bağın İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyevin rəhbərliyi ilə keçirilən təlim "Çöl tədqiqatlarında GPS cihazlarından istifadə və səmt müəyyən etmə" mövzusuna həsr olunmuşdur.

Öncə iştirakçılara Mərkəzi Nəbatat Bağının canlı kolleksiyası və burada aparılan tədqiqat işlərihaqqında geniş məlumat verilmişdir. İştirakçılar qruplara bölünmüş, onlara GPS naviqatoruniş prinsipi, növləri, istifadə oluna biləcək sahələr, koordinat təyini, seçilmiş koordinat nöqtələrinə GPS ilə getmə və s. üzrə nəzəri və praktiki məşqlər keçirilmişdir.

Təlim,alınan koordinatların Google Earth və ArcGIS10 program təminatında istifadə qaydası, program təminatlarının landşaft memarlığında istifadəsi və 3D dendroplanların qurulması mövzularında praktiki məşğələlərlə davam etdiriləcək.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015