AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Çayçılığın inkişafına dair 2018-2027-ci illər ərzində Dövlət Proqramı"nın icrası mövzusunda elmi - praktik seminar keçirilmişdi
Apr 06, 2018 | 03:16 / Konfranslar, iclaslar
Oxunub 109 dəfə

04.04.2018-ci il tarixində AMEA-nin Lənkəran Regional Elmi Mərkəzi və AMEA-nin Torpaqşünasliq və Aqrokimya İnstitutu, Lerik rayon kənd təsərrüfati idarəsi ilə birlikdə "Azərbaycan Respublikasinda çayçiliğin inkişafina dair 2018-2027-ci illər ərzində Dövlət Proqrami"nin icrasi" ilə əlaqədar olaraq  "Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnoloqiyasi" mövzusunda Lerik rayon kənd təsərrüfati idarəsində Elmi Praktik seminar keçirilmişdir. Seminarda  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, k.t.e. dok. professor Əlövsət Quliyev, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru professor Fərman Quliyev, LREM -nin elmi işlər üzrə direktor müavini tar.ü.f.dok.Mayis Cəfərov, "Arxeologiya" şöbəsinin böyük elmi işçisi Samir Kərimov, "Şay və Subtropik bitkilər" şöbəsinin böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru, İsa Hüseynov, Lerik rayon Kənd Təsərrüfati İdarəsinin rəisi Mahmud Zahidov,  Lerik Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdirilmasi şöbəsinin müdir müavini Vüqar Mirzəyev, fermer və təsərrüfat rəhbərləri iştirak etmişlər.

Seminari giriş sözü ilə k.t. elmlər doktoru prof.Fərman Quliyev açmişdir. O "Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnoloqiyasi" haqqinda məruzə etmişdir. Məruzəni Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, k.t.e. dok. professor Əlövsət Quliyev davam etdirmişdir. Sonra isə mövzu ulə əlaqədar Lerik Kənd Təsərrüfati İdarəsinin rəisi Mahmud Zahidovun çıxışı dinlənilmişdir. Müzakirələrdə LREM -nin elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, "Arxeologiya" şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Samir Kərimov, "Şay və Subtropik bitkilər" şöbəsinin böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru İsa Hüseynov, Lerik rayon Kənd Təsərrüfati İdarəsinin rəisi Mahmud Zahidov, Lerik Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdirilmasi şöbəsinin müdir müavini Vüqar Mirzəyev, fermer və təsərrüfat rəhbərləri çixiş etmişlər.

                      "Çay və Sitrus bitkilərinin mütərəqqi becərmə texnoloqiyası"

            Azərbaycan Respublikasının təbii torpaq-iqlim şəraiti əsasən isti, quru və subtropik olması ilə səciyyələnir.Subtropik iqlim şəraiti ölkənin ümumi sahəsinin 65 faizini əhatə edir.

            Hələ 1936-cı ildə məhşur alim, botanik-genetik, akademik N.S.Vavilov Bakıda keçirilən subtropiklərin I konfransında belə qeyd etmişdir: “Azərbaycan dünyanın endemik bitki bankıdır.Talış isə (Lənkəran-Astara bölgəsi, müəl.) onun ən varlı gözəl gəlinidir.”. Bu görkəmli alimin ölkəmizin iqliminə və bitki aləminə , xüsusən onun cənub bölgəsinə verdiyi yüksək qiymət özünü  doğrultmuşdur. Həqiqətən belə iqlim şəraitinin respublikamızda  müxtəlif növ və sort tərkibli çay, sitrus, feyxoa, kivi, zeytun, nar, əncir, püstə, badam, zəfəran, nəcib dəfnə, bambuk, tunq, xirnik, pekan, muşmula və i.a. subtropik meyvə ve texniki  bitkilərin geniş sənaye miqyasında  inkişaf  etdirilməsi üçün böyük aqroiqlim potensialına  malikdir.

            Uzun müddətli becərmə və aparılan geniş elmi tədqiqatlar nəticəsində Azərbaycan subtropiklərində çayın, zeytunun, sitrus bitkilərinin, narın, zəfəranın, feyxoanın, nəcib dəfnənin, püstənin, badamın və s. Subtropik meyvə və texniki bitkilərin yüksək keyfiyyətə malik olması  və təsərrüfatların iqtisadiyyatının yüksəldilməsində böyük rolu sübuta yetmişdir. Buna görə də  vaxtilə  Azərbaycan Respublikası sabiq Sovetlər məkanında  feyxoa, zeytun, zəfəran, fındıq, nar, çay və.s subtropik, dietik əhəmiyyətli bitkilər istehsalı baxımından birinci və ya ikinci olmuşdur.

            Azərbaycan subtropik bitkiçiliyin və o cümlədən çayçılığın sənaye miqyaslı inkişaf tarixinə nəzər saldıqda  subtropik təsərrüfatların  sürətli inkişaf mərhələsi milli liderimiz  Heydər Əliyevin qayğısı və səyi ilə 1970-1980-cı illərdə  baş vermişdir.

            Belə ki, 1969-cı ildə H.Ə.Əliyevin Azərbaycan KP MK Birinci katibi vəzifəsinə təyin edilməsi respublikada kənd təsərrüfatının digər sahələri ilə yanaşı çayçılığın da inkişaf etdirilməsinə  böyük təkan vermişdir.

            Onun təşəbbüsü ilə Azərbaycan KP MK-nın avqust 1969 və 1970-ci illərin plenumlarında bütövlükdə çox geniş müzakirə edilmiş və bu sahədə mühüm vəzifələr müəyyənlədirilmişdir.Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 29 aprel 1972-ci il tarixli birgə qərarı böyük rol oynamışdır. Bu mühüm qərar respublikada çayçılığın ixtisaslaşmasına və təmərgüzləşməsi əsasında intensivləşdirilməsinə yönəlmişdi.

            Milli liderimiz Heydər Əliyevin təşəbbüsü, qayğısı ilə Azərbaycanda çayçılığın intensivləşdirilməsi hesabına çay becərilməsi və çayçılıq  sənayesi  kənd təsərrüfatının daimi gəlirli sahəsinə çevrilmişdir.Ölkədə çay plantasiyalarının 13,4 min hektara çatdırılması, çay yarpağı istehsalının isə ildə 34 min tonu ötməsi, bundan da 8,5 min ton keyfiyyətli Azərbaycan çayı əldə edilməsi mümkün olmuşdur.Eyni zamanda  çay yarpağı emal edən 14 və çay çəkib–bükən 2 fabrikin tikilməsi, ildə 45 min ton yaşıl çay yarpağı emal olunması üçün imkan yaratmışdır. Bununla yanaşı, çay yarpağı istehsalının səmərəliliyi 64% və əldə edilən gəlir isə 16 milyon manatı ötmüşdür. Çay emal edən fabriklər isə Azərbaycan çayı istehsalından 52 milyon manatlıq dəyərində məhsul buraxılışına nail olmuşdur. Həmin dövrdə manatın dollara olan nisbətini təxminən 70 qəpiyin 1 dollara bərabər olmasını nəzərə  alsaq, çayçılığın ölkəyə nə qədər gəlir gətirdiyi aydın görünər. Çay becərmə və çay emalı ilə bölgədə 65-70 min adam məşqul idi və ölkə əhalisnin çaya olan tələbatının 65-70% yerli çay istehsalı hesabına (7,5-8,5 min ton) ödənilirdi.

            Azərbaycanda 1988-1994-cı illərdə baş verən  məlum hadisələr kənd təsərrüfatının digər sahələrində olduğu kimi, çayçılıqda da öz mənfi təsirini  göstərdi.Bazar iqtisadiyyatına keçid ərəfəsində  çay becərilməsi və çay emalı ilə məşqul olanlar maddi-texniki və təşkilatı cəhətdən bir sıra çətinliklərlə  üzləşdilər ki, bu səbəbdən də çay plantasiyalarında  aqrotexniki xidmət içləri dayandırıldı və baxımsızlq ucbatından külli miqdarda çay kolları quruyub sıradan çıxdı. Son illərin  statistik məlumatlarına əsasən ölkədə vaxtilə mövcud olan (13,4 min ha) çay plantasiyalarının 90%-dən çoxu tədricən sıradan çıxmışdır. Hazırda ölkə əhalisinin çaya olan ehtiyacı əsasən xaricdən idxal olunan çaylar hesabına ödənilir.

            Ümumimilli liderimiz Heydər Əliyev müəyyənləşdirdiyi strateji xətti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişafı yeni keyfiyyət halına yüksəltmək istəyi 24 noyabr 2003-cü il Fərmanının leymotivini təşkil edir.

            Ölkə Prezidenti  möhtərəm İlham Əliyevin 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər ) regionların sərvətlərindən və təbii şəraitindən  səmərəli istifadə etməklə qeyri-neft sənaye sahələrinin, o cümlədən kənd təsərrüfatının, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkiçafının təmin etmək, əhalinin məşğulluq səviyyəsiniu yüksəltmək və güzəranını daha da yaxşılaşdırmaq kimi həlli vacib məsələlər qarşıya qoyulmuşdur.

            İlham Əliyevin bu proqramının ardıcıl və prinsipal həyata keçirilməsi siyasətinin nəticəsində Azərbaycan Yeni inkişaf mərhələsinə  yüksəlmiş və ölkənin beynəlxalq aləmdə siyasi və iqtisadi gücü durmadan artmaqdadır. Bütün bu nailiyyətləri nəzərə alaraq  vaxtı çatmış konseptual problemlərdən biri olan ölkənin  ərzaq təhlükəsizliyinin  həlli gündəmə gətirilir və ona prioritetlik verilir.

Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə “2018-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında ölkə əhalisi üçün strateji əhəmiyyət daşıyan çay ərzaq məhsulu kimi öz yerini tapmışdır.Məqsəd ölkədə çayçılığın bərpası və çay istehsalının artırılması ilə ölkə əhalisinin yerli çay məhsulları hesabına təminatına nail olunması  nəzərdə tutulmuşdur.

            Azərbaycanın aqrar bölməsinin mühüm sahələrindən  biri sayılan çayçılığın, sitrusçuluğun  və çəltikçiliyin dirçəldilməsi və inkişaf etdirilməsi məsələlərinə  həsr edilmiş Lənkəran şəhərində 3 sentyabr  2017-ci ildə Möhtərəm Prezident İlham Əliyevin keçirtdiyi respublika müşavirsində geniş müzakirə edilmiş və bu sahələrin intensivləşdirilməsi mühüm məsələ  kimi qarşıya qoyulmuşdur.

            Toplantıda Möhtərəm Prezidentin qeyd etdiyi kimi müasir elmi əsaslara söykənərək aqrar sahəyə, xüsusəndə bölgə üçün ənənəvi sayılan çayçılığın, sitrusçuluğun və çəltikçiliyin  inkişaf etidirilməsi vacib məsələ olduğunu önə çəkmişdir.

            Azərbaycan Milli Elmər Akademiyasının bölgədə fəaliyyət göstərən Lənkəran Regional Elmi Mərkəzi ümümrespublika toplantısında Möhtərəm Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar öz iş planını yenidən nəzərdən keçirmiş və aşağıda göstərilənlərin elmi-praktik əsaslarla işlənilməsi vacib saymışdır.

-Fermer təsərrüfatları üçün daha məhsuldar və keyfiyyətli çay sortlarını yaratmaqla və yekcins tinglərlə çay plantasiyalarının salmasına  nail olmalı;

- Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin ən yaxşı adaptasiya olunmuş, yüksək təsərrüfat qiymətini almış sortların əldə edilməsi və fermer təsərrüfatlarına təqdim olunması;

-Bölgənin çay, sitrus və digər subtropik meyvə və texniki bitkilərin inkişafı üçün becərmə  texnologiyalarının təkmilləşdirilməsi;

-Astara rayonunda sitrus bitkilərinin becərilməsi üçün daha əlverişli torpaq –iqlim şəraitin olmasını  nəzərə alıb AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin “Astara Dayaq  məntəqəsin” –nin yaradılması ;

-Bölgədə çayayararlı sahələrinin müəyyənləşdirib və gələcəkdə bu sahələrdə çay plantasiyalarının salınması məqsədilə Lerik rayonu ərazisində  AMEA-nın “Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birlikdə  tədqiqat işlərinin  aparılması çay və digər subtropik bitkilərin əkinəyararlı sahələrini  müəyyənləşdirir;

-Lənkəran Dövlət Universiteti ilə həmkarlıq əsasında çay, sitrus və bəzək bağçılığı üzrə mütəxəssis kadrların hazırlanması və onların təkmilləşdirilməsi ;

- Lənkəran –Astara bölgəsinin özünəməxsus təbii torpaq –iqlim şəraitində yetişdirilənkənd təsərrüfatı məhsulların  yüksək keyfiyyətli olmasını nəzərə alıb “Made in Azərbaycan” brendi altında xaricə ixracatını artırmaq məqsədilə  AMEA –nın  Lənkəran Regional  Elmi Mərkəzində müasir tələblərə cavab verən “biokimyəvi tədqiqatlar” şöbəsinin yaradılması və müasir labaratoriya avadanlıqları ilə təmin edilməsi;

-AMEA-nın Coğrafiya İnstitutu ilə birlikdə Lənkəran-Astara rayonlarının «Aqroiqlim xəritəsin» -nin hazırlanması ;

-Lənkəran –Astara bölgəsində bioloji müxtəlifliyin qorunması, davamlı istifadəsi və turizmin inkişaf etdirilməsinə dair Prezidentin 2016-cı il sərəncamlarının yerinə yetirilməsi ilə əlaqədar Lənkəranda «Nəbatat-genefond bağı»-nın yaradılması məsələsi gündəmə gətirilmiş və bu işin təşkilində AMEA-nın “Botanik İnstitutu” və “Botanika bağı” nın razılığı əldə edilmişdir.

            Beləliklə, AMEA-nın Lənkəran Regional Emi Mərkəzinin kollektivi Möhtərəm Prezidentin çayçılıq, sitrusçuluq sahəsində qarşıya qoyduğu tapşırıqların həllində bütün səy və bacarıqlarını səfərbər edəcək və qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacayıq.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015