AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Əkinçilik ET İnstitutunda Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şura”sının növbəti iclası keçirilmişdir
Mart 14, 2018 | 10:25 / Konfranslar, iclaslar
Oxunub 377 dəfə

Mart ayının 7-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şura”sının növbəti iclası keçirilmişdir. Gündəlikdə əsas məsələ AR KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin tabeliyində olan Aqrar Universitet və elmi-tədqiqat müəssisələrinin, Bakı Dövlət Universitetinin və Tibb Universitetinin doktorant və dissertantlarının dissertasiya mövzularının müzakirəsi olmuşdur. Tədbirdə elmlər və fəlsəfə doktorluğu üzrə mövzular müzakirə edilmiş, bir sıra mövzularda bəzi düzəlişlər aparılaraq təsdiq edilmişdir.

 

http://shura.ict.az/kend/az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015