AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Dendrologiya İnstitunda 20 yanvar şəhidlərin anım xatirəsi yad edilmişdir
Yan 20, 2018 | 05:52 / Konfranslar, iclaslar
Oxunub 601 dəfə

18 yanvar 2016-cı il tarixində AMEA Dendrologiya İnstitutnda 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. Mərasimdə qanlı yanvar hadisələri haqqında danışılaraq, həmin gecə şəhid olmuş həmvətənlərimizin ruhu yad edilib.
Anım tədbirini giriş nitqi ilə açan AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutun direktoru Tofiq Məmmədov 20 yanvar qanlı olaylarının şahidi kimi həmin gecənin dəhşətini Sovet Ordusunun ovaxtkı Azərbaycan rəhbərliyinin xəyanətkar siyasət yürütməsinə etiraz əlaməti olaraq ayağa qalxan xalqımıza vəhşicəsinə divan tutduğunu yüzlərlə əliyalın silahsız insanların güllə boran edildiyini xatırlatdı. O, qanlı yanvarın azərbaycanlılar üçün həm xilas, həm də eyni zamanda matəm günü olduğunu bildirdi: "Yaddaşlarımızdan heç vaxt silinməyəcək bu gecədə verdiyimiz şəhidlər Azərbaycan tarixində növbəti qəhrəmanlıq səhifəsini yazmış oldular. Şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq”.
Daha sonra Dendrologiya İnstitutnun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Zeyvəliyeva Tünzalə çıxış edərək öz nitqində vuğuladı: 1990-cı il 20 yanvar hadisələrindən artıq 28 il ötməsinə baxmayaraq, həmin tarix bu gündə eyni ağrı, eyni nifrət, eyni qəzəb hissi ilə anılır. Həmin gecə ölkəmizin bədxah, nankör qonşuları öz azadlıq hüquqlarının bərqərar olmasını tələb edən xalqımızın inamını, qürurunu qırmaq istədi. Tarixlər boyu sərt sınaqlara sinə gərən Azərbaycan xalqının qəhramanlıq səlnamaəsi bir daha yazıldı. Axdılan qan, törədilən misilsiz faciə şəhidlərin qanlı heykəlinə çevirəlırək milyonlarca ürəklərdə canlandırıldı. Şəhidlər bizim bayrağımız kimi qürur və and yerimizdir. Şəhidlərin qanı heç vaxt yerdə qalmayacaq. Bu gün nəinki azərbacanın mərd oğulları mənim kimi günü bu gündən şəhidlərin qanını yerdən qaldırmağa hazır qızlarımız var. Nankör düşmən birdəfəlik anlamalıdır ki torpaqdan pay olamz!
Sonda şəhidlərimizin xatirəsinə həsr olunmuş video rolik izlənərək bir daha Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən bütün həmvətənlərimizə allahdan rəhmət diləndi.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015