AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib
Yan 20, 2018 | 05:39 / Konfranslar, iclaslar
Oxunub 460 dəfə

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  20 Yanvar faciəsinin 28-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İnstitut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü  ilə İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb.O, 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən danışdı. Bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağını və xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirdi. Ə.Quliyev əlavə edib ki, 20 Yanvar faciəsi XX əsrdə baş vermiş etnik təmizləmə hadisələri arasında ən dəhşətlilərinə aiddir. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri a.e.ü.e.d.Məmməd Məmmədov 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələrin  xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu bildirib. Xalqımız bu məkirli siyasətin nəticəsində minlərlə qeyrətli oğullarını itirib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Fərid Mustafayev qeyd edib ki,   20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə  acı ilə xatırlanacaq gün deyil həm də , millətimizin  mənliyini və mətinliyini, qəhrəmanlığını  nümayiş etdirməyi bacardığı gündür.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin   xatirəsinə həsr edilən video rolik nümayiş olunub.

 

©  http://bteb.science.gov.az/

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015