AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Botanika İnstitutunda 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib
Yan 20, 2018 | 05:15 / Konfranslar, iclaslar
Oxunub 440 dəfə

Bugün AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları şəhidlərin  xatirəsini bir dəqiqəlik sükutla yad edib.

     Tədbiri İnstitutun Elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov açaraq qeyd etdib ki, 20 yanvar Azərbaycan tarixinin həm şərəfli və həm də faciəli tarixi olaraq milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası olub. 1990-cı il 20 yanvar günü keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Bakıya sovet hərbi hissələri yeridilərək dinc əhaliyə qarşı kütləvi qırğın hadisəsi törədilib. Bu qanlı hadisələrdə xalqımız 133 şəhid verib, 744-ə yaxın insan yaralanıb. E.Novruzov qətlə yetirilən və yaralananlar arasında azyaşlı uşaqların, qoca və qadınların olmasını, əhaliyə qarşı qadağan edilmiş silahlardan atəş açılması faktlarını iştirakçıların diqqətinə çatdırıb.

     Tədbirdə k.e.d. Siracəddin Sərkərov, b.e.d. Səyyarə İbadullayeva, b.ü.f.d. Sevda Alverdiyeva və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirərək fikirlərini bildiriblər.

     Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

 

©  http://bteb.science.gov.az/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015